Bakıda işlənmiş avtomobil ehtiyat hissələrinin qiymətləri sürətlə artır. Satıcılar artımın 40%-ə çatdığını bildirir.
Qiymət artımının əsas səbəbi hissələrin Dubaydan idxalıdır. Dubay isə məhsulları başqa ölkələrdən alır.
Logistik xərclərin artması da qiymətlərə təkan verən amillərdəndir.











